“Ferrum Kapital” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
25 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasında “Ferrum Kapital” QSC-nin tədavül müddəti 12 (on iki) təqvim ayı olan AZ2009022289 dövlət qeydiyyat nömrəli, 5,000,000.00 manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
Hərrac zamanı 12 investor tərəfindən 12 sifariş təqdim edilmişdir. İstiqrazın illik faiz dərəcəsi 11.5 % , faiz ödənişləri 1 təqvim ayından bir olmaqla investorlara ödənilir.





