Biz ölkənin
ilk faktorinq şirkətiyik!
Faktorinq – bizneslərin nağd pul axınını sürətləndirən və debitor borclarını dərhal vəsaitə çevirən müasir maliyyə xidmətidir. Bu sistem ödəniş gecikmələrinin qarşısını alaraq şirkətlərin inkişafına dəstək olur. Hüquqi şəxslər və fərdi sahibkarlar ticarət fakturalarını faktorinq şirkətinə təqdim edərək ödənişi ləngimədən alırlar. Beləliklə, satıcılar nağd vəsaitə dərhal çıxış əldə edir, alıcılar isə ödənişi rahatlıqla sonradan həyata keçirirlər.
Bizi Daha Yaxından Tanıyın
2017-ci ildən fəaliyyət göstərən “Ferrum Capital” ölkənin ilk müstəqil faktorinq şirkətidir. Əsas məqsədimiz operativ faktorinq xidməti ilə sahibkarlara çevik maliyyə dəstəyi göstərməkdir. Bizim həllərimizlə müştərilərinizə sərfəli ödəniş şərtləri təklif edərək sabit maliyyə dövriyyəsi yarada bilərsiniz. Günbəgün genişlənən partnyor şəbəkəmiz artıq 1500-dən çox biznesi birləşdirir.
- 2000++Müştəri
Rəsmi xidmət
Həllərimiz kimlər üçündür?
Tikinti, geyim, avto ehtiyat hissələri, istehsalat və müxtəlif xidmət sahələrində fəaliyyət göstərən bizneslər üçün xüsusi maliyyə həlləri təqdim edirik. Şəffaf xidmət anlayışımız sayəsində partnyorlarımızın məmnunluq göstəricisi 98%-dir. Ferrum Capital hər zaman sahibkarların və alıcıların yanında olaraq uğurlu əməkdaşlığa hazırdır.

Missiyamız və
Strateji Baxışımız
Missiyamız
Bizneslərin nağd pul axınını sürətləndirmək və davamlı böyüməsinə dəstək olmaq.
Müştərilərə etibarlı və innovativ faktorinq xidmətləri təqdim etmək.
Biznesdə maliyyə idarəçiliyini daha çevik, asan və effektiv etmək.
Partnyorlarımız üçün uzunmüddətli və dayanıqlı biznes tərəfdaşlığı qurmaq.
Maliyyə sektorunda dürüst və etibarlı xidmət göstərmək.

Strateji
Baxışımız
Şirkətlərin maliyyə sabitliyini qorumaq üçün müasir faktorinq həlləri təklif etmək.
Biznesin xüsusi ehtiyaclarına uyğun fərdi və çevik maliyyə xidmətləri göstərmək.
Şəffaflıq və etibarlılıq prinsipləri ilə faktorinq bazarındakı liderliyimizi möhkəmləndirmək.
Qarşılıqlı etimada əsaslanan tərəfdaşlıqla bizneslər üçün maksimum dəyər yaratmaq.

Dəyərlərimiz
Birlik
Vahid komanda ruhu ilə ortaq hədəflərə doğru birlikdə irəliləyirik.

Dəstək
Komanda olaraq bir-birimizə dəstək verir, pozitiv mühit yaradırıq.

Empatiya
Səhvləri qəbul edir, öyrənir və inkişaf edirik.

Məsuliyyət
Hər birimiz üzərimizə düşən öhdəlikləri dəqiq yerinə yetirir, nəticələrə birlikdə cavabdehlik daşıyırıq.

İnkişaf
Komanda olaraq daim öyrənir, innovativ maliyyə həlləri tətbiq edir və bizneslərin inkişafına töhfə veririk.

Güvən
Güvənə əsaslanan sağlam münasibətlər qururuq.
