Əsas məzmuna keç

Məxfilik siyasəti

Ferrum mobil tətbiqinin məxfilik siyasəti və qaydaları

"Ferrum Kapital" QSC (bundan sonra Şirkət adlandırılacaq) Ferrum mobil proqramının (bundan sonra Mobil Tətbiq adlandırılacaq) tərtibatçısıdır. Şirkət öz İstifadəçilərinin məlumatlarının məxfiliyini qorumaq prinsipinə əməl edir.

Mobil Tətbiqin Məxfilik Siyasəti və Qaydaları (bundan sonra Məxfilik Siyasəti və Qaydaları) İstifadəçinin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün İstifadəçi tərəfindən təqdim edilən bütün fərdi məlumatların, o cümlədən toplanması və ya təmin edilməsi Mobil Tətbiq vasitəsilə həyata keçirilən şəxsi məlumatların toplanması, emalı və saxlanmasını tənzimləyir və tələbləri müəyyən edir.

Bu Mobil Tətbiqi yükləmək və istifadə etməklə İstifadəçi bu Məxfilik Siyasəti və Qaydalarda olan prosedurlarla tanış olduğunu, qəbul etdiyini və onlarla razılaşdığını təsdiq edir. Şirkət İstifadəçinin xidmətlər alması, həmçinin Mobil Tətbiqin operativ və düzgün işləməsi üçün zəruri və kifayət qədər məlumat verməyə razılaşır.

Hörmətli İstifadəçi!

Bu Mobil Tətbiqdən istifadə etməklə siz şəxsi məlumatlarınızı bizə etibar edirsiniz. Nəzərə alın ki, bu Məxfilik Siyasəti və Qaydaların qəbulu ilə:

  • Siz şəxsi məlumatların və digər məlumatların toplanması, emalı, saxlanması və ötürülməsi şərtləri ilə razılaşırsınız;
  • Siz şəxsi məlumatlarınızın transsərhəd ötürülməsi də daxil olmaqla, təqdim olunan məlumatların emalına tam və qeyd-şərtsiz razılıq verirsiniz;
  • Siz bu Məxfilik Siyasəti və Qaydaların şərtləri ilə razılaşırsınız və öhdəlik götürürsünüz;
  • Siz yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli şəxs olduğunuzu təsdiq edirsiniz.

Əgər siz Şirkətə şəxsi məlumatlarınızı tam və ya qismən toplamaq, emal etmək, saxlamaq və ötürmək hüququnu vermək istəmirsinizsə, bu mobil proqramı yükləməyin və ya istifadə etməyin.

1.Terminlər və təriflər

  1. 1.1.

    Ferrum Mobil Tətbiqi - Məxfilik Siyasəti və Qaydalarda müəyyən olunmuş formada Şirkət tərəfindən seçilmiş eyniləşdirmə vasitələrindən istifadə etməklə eyniləşdirilmiş şəxslərin Məxfilik Siyasəti və Qaydalarda nəzərdə tutulmuş əməliyyatların texniki vasitələrlə, (OTP kod və s.), elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə və ya elektron imzalar vasitəsilə aparılmasına, müvafiq sənədlərin, müqavilələrin qeyd edilən formalarda imzalanmasına və sənədlərin təsdiq edilməsinə imkan yaradan Android, iOS platformalarında smartfon, planşet və digər mobil cihazlarda istifadə üçün nəzərdə tutulmuş proqram təminatıdır.

    Mobil Tətbiq İstifadəçinin maliyələşdirilməsi, Şirkətin partnyorluq etdiyi hüquqi və fiziki şəxslərlə İstifadəçinin mülki müqavilələr (Xidmət, Alğı-satqı, Turizm, Zaminlik müqavilələri və s..) bağlaması, qeyd edilən müqavilələr üzrə tələb hüquqlarının sonradan Şirkətə keçməsi ilə bağlı yaranacaq münasibətlərin tənzimlənməsi, borc məbləği barədə məlumat alması, Şirkət qarşısında olan borclarının ödənilməsi və Şirkətə aid aksiyalar və fərdi əməliyyatlar haqqında məlumatlardan xəbərdar olması və s. bu kimi və ya bunlarla əlaqədar olan əməliyyatların aparılması üçün nəzərdə tutulub.

    Proqrama çıxış istənilən yerli mobil operatorların abonenti olan İstifadəçilərə verilir. Şirkət bu tətbiq vasitəsilə onun partnyorluq etdiyi hüquqi və fiziki şəxslərlə mobil tətbiqi yükləyən digər fiziki və hüquqi şəxslər (İstifadəçilər) arasında mülki müqavilələrin bağlanmasına gələcək faktorinq münasibətlərindən irəli gələcək maraqlarına uyğun olaraq imkan yaradır, İstifadəçilər tərəfindən də bu formada qəbul edilir.

  2. 1.2.

    Partnyor - Şirkət ilə əməkdaşlıq edən, İstifadəçiyə mal və ya xidmət təqdim edən fiziki və ya hüquqi şəxs.

  3. 1.3.

    İstifadəçi - Mobil Tətbiqdə qeydiyyatdan keçmiş və Məxfilik siyasəti və Qaydaları qəbul edən fiziki və ya hüquqi şəxs. İstifadəçi bu Mobil tətbiqdə qeydiyyatdan keçməklə Şirkətin partnyor olduğu fiziki və ya hüquqi şəxslərlə mülki müqavilələr (Xidmət, Turizm, Alğı-satqı, Zaminlik müqavilələri və s..) bağlayır, əməliyyatlar aparır, həmçinin qeyd edilən müqavilələr üzrə tələb hüquqlarının sonradan Şirkətə keçməsi ilə bağlı yaranacaq münasibətlərin tənzimlənməsində istifadə edir, İstifadəçi Şirkətə məxsus qeyd edilən Mobil Tətbiq vasitəsilə Şirkətin partnyorluq etdiyi hüquqi və ya fiziki şəxslərlə müqavilələr bağlanmasını, əməliyyatlar aparılmasını məmnunluqla qəbul edir, qeyd edilən əməliyyatların bu Tətbiq vasitəsilə aparılmasında Şirkətə və ya müqavilə tərəfinə hər hansı etirazı yoxdur.

  4. 1.4.

    Şəxsi məlumatlar - Mobil Tətbiqdən istifadə edən İstifadəçi ilə birbaşa və ya dolayısı ilə əlaqəli hər hansı məlumat.

  5. 1.5.

    Fərdi məlumatların verilməsi - fərdi məlumatların müəyyən bir şəxsə və ya müəyyən bir dairəyə açıqlanmasına yönəlmiş hərəkətlər.

  6. 1.6.

    Fərdi məlumatların emalı - toplanması, qeydə alınması, sistemləşdirilməsi, yığılması, saxlanması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması daxil olmaqla, fərdi məlumatlarla avtomatlaşdırma vasitələri ilə və ya istifadə olunmadan həyata keçirilən hər hansı bir hərəkət (əməliyyat) və ya hərəkətlər (əməliyyatlar) məcmusudur. Belə əməliyyatlara şəxsi məlumatların istifadəsi, ötürülməsi (paylanması, təmin edilməsi, girişi), şəxsiyyətsizləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi və s. aid edilə bilər.

  7. 1.7.

    Fərdi məlumatların transsərhəd ötürülməsi - fərdi məlumatların xarici dövlətin ərazisinə, xarici dövlətin orqanına, xarici fiziki və ya xarici hüquqi şəxsə ötürülməsi.

  8. 1.8.

    Şirkət - "Ferrum Kapital" QSC

    Hüquqi ünvan: AZ1000, Bakı şəh., Xocalı pr. 37;

    Elektron poçt: [email protected];

    Telefon: (+994 12) 310 34 84.

  9. 1.9.

    Mobil telefon SİM-kartı (Subscriber Identification Module) - İstifadəçi tərəfindən Şirkətə bildirilmiş və şəxsin öz faktiki istifadəsində olan hər hansı yerli mobil operatorun SİM-kartıdır (nömrəsidir);

  10. 1.10.

    Mobil cihaz - İstifadəçiyə Mobil tətbiqi yükləmək üçün vasitə olmuş mobil telefon, smartfon, planşet və s. bu kimi elektron cihazdır.

  11. 1.11.

    Şəxsiyyəti təsdiq edən sənəd - Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi

  12. 1.12.

    Bildiriş - Şirkətə aid aksiyalar, fərdi əməliyyatlar və s. haqqında məlumatlar, eyni zamanda öhdəliklərin icrası barədə tələblər.

  13. 1.13.

    Şifrə - Mobil Tətbiqdə qeydiyyatdan keçməsi nəticəsində İstifadəçi tərəfindən yaranmış bu tətbiqə daxil olub qaydalarda nəzərdə tutulmuş əməliyyatları və sənədləri təsdiq etmək üçün istifadə olunan, İstifadəçinin eyniləşdirilməsini təmin edən rəqəmlərin ardıcıl toplusudur.

  14. 1.14.

    Qeydiyyat yazısı - şifrənin daxil edilməsi nəticəsində açılan Mobil Tətbiqdə İstifadəçinin şəxsi səhifəsi;

2.Ümumi müddəalar

  1. 2.1.

    Mobil Tətbiqdən istifadə zamanı tətbiq edilən Məxfilik Siyasəti və Qaydalar Şirkət, onun partnyorluq etdiyi hüquqi, fiziki şəxslər və Tətbiq İstifadəçisi arasındakı hüquqi münasibətlərə, qeydiyyat, müqavilələrin, onlara edilən Əlavələrin və digər sənədlərin imzalanmasına, qeyd edilən əməliyyatlar zamanı və Şirkətin xidmətlərindən istifadə prosesində Şirkətin İstifadəçi haqqında əldə etdiyi məlumatlara və qeyd edilən tərəflər arasında imzalanan müqavilələrə, onun əlavələrinə və digər sənədlərə şamil edilir.

  2. 2.2.

    İstifadəçinin şəxsi məlumatlarının toplanması, emalı, saxlanması, həmçinin müvafiq müqavilələrin, sənədlərin imzalanması mövcud Məxfilik Siyasəti və Qaydalar, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblər çərçivəsində həyata keçirilir.

  3. 2.3.

    İstifadəçinin şəxsi məlumatları dedikdə İstifadəçini müəyyən etməyə imkan verən məlumat və ya məlumat komponentləri nəzərdə tutulur.

  4. 2.4.

    Mobil Tətbiqdən istifadə prosesində İstifadəçi öz mülahizəsinə əsasən Mobil Tətbiqə öz cihazının funksionallığından istifadə etməyə icazə verir: yerin müəyyən edilməsi; cihazın kamerasından şəkillər qəbul etmək imkanı; İstifadəçinin telefon kitabçasından əlaqə saxlanıla biləcək şəxslərin telefon nömrələrini seçmək imkanı; İstifadəçinin cihazının funksionallığına giriş 2.3-cü bəndinə uyğun olaraq Şirkət tərəfindən Şəxsi Məlumatların toplanması məqsədilə istifadə olunur. Göstərilən xidmət çərçivəsində Şirkət yalnız İstifadəçi tərəfindən seçilmiş və Şirkətə ötürülən Şəxsi Məlumatlardan istifadə edir. İstifadəçi girişdən imtina edərsə, Mobil Tətbiqdən sonrakı istifadə məhdudlaşdırıla bilər.

  5. 2.5.

    Şirkət həmçinin Tətbiqi ilə bağlı anonimləşdirilmiş, şəxsi məlumatlara aid olmayan və məxfi olmayan məlumat toplamaq hüququnu əldə edir. Əldə edilən məlumat, İstifadəçilərin ehtiyaclarına cavab verən Tətbiq funksiyasını inkişaf etdirmək, təkmilləşdirmək və təmin etmək, işin keyfiyyətini və sürətini artırmaq və təkmilləşdirmək üçün istifadə olunur.

  6. 2.6.

    Şirkət İstifadəçinin şəxsi və digər məlumatlarının qeyri-qanuni, icazəsiz və ya təsadüfi əldə edilməsindən, sui-istifadəsindən, məhv edilməsindən, dəyişdirilməsindən, bloklanmasından, surətinin çıxarılmasından, yayılmasından, habelə üçüncü şəxslərin digər qanunsuz hərəkətlərindən qorunması üçün zəruri təşkilati və texniki tədbirlər görür.

3.Mobil tətbiqdə qeydiyyatdan keçmə qaydası

  1. 3.1.

    İstifadəçi mobil və digər elektron qurğular vasitəsilə Tətbiqi yükləməklə Şirkət tərəfindən müəyyən olunmuş prosedura uyğun bu Mobil Tətbiqdə qeydiyyatdan keçə bilər.

  2. 3.2.

    Şirkət Sizə, Məxfilik Siyasəti və Qaydalara uyğun olaraq Tətbiqə nəzarət etdiyiniz və ya istifadə etdiyiniz mobil cihazda və ya digər elektron qurğuda bu Mobil Tətbiqdən istifadə etmək üçün qeyri-müstəsna lisenziya verir. Bu lisenziyanın müddəti Sizin Tətbiqdə qeydiyyatdan keçdiyiniz tarixdən başlayır və bu Məxfilik Siyasəti və Qaydaları ilə müəyyən edilmiş şərtlər daxilində davam edir.

4.Mobil Tətbiq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması

  1. 4.1.

    İstifadəçinin Mobil Tətbiqdə Şirkət tərəfindən seçilmiş eyniləşdirmə vasitələri ilə (və ya digər elektron platformalar vasitəsilə) eyniləşdirilməsi aparıldıqdan və müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra Mobil Tətbiqdə qanunvericiliyin tələblərinə uyğun olaraq aşağıdakı əməliyyatlar aparıla və sənədlər imzalana bilər:

  2. 4.1.1.

    Şirkətin partnyorları ilə İstifadəçi arasında Alğı-satqı, Xidmət, Turizm, Zaminlik müqavilələri və onların əlavələrinin imzalanması;

  3. 4.1.2.

    Yuxarıda qeyd edilən münasibətlərdən yaranacaq faktorinq münasibətləri ilə bağlı müvafiq sənədlərin, bildirişlərin imzalanması, qəbulu və s.

  4. 4.1.3.

    İstifadəçinin Şirkət qarşısında olan borclarının ödənilməsi;

  5. 4.1.4.

    Yuxarıdakılarla bağlı digər sənədlərin imzalanması və müvafiq əməliyyatların aparılması;

5.Şəxsi məlumatların toplanması və emalının məqsədləri

  1. 5.1.

    Şirkət onun tərəfindən xidmətlərin göstərilməsi ilə bağlı əməliyyatların həyata keçirilməsi, Tətbiqin düzgün və səmərəli işləməsinin və/və ya İstifadəçi ilə müqavilələrin icrasının təmin edilməsi üçün zəruri olan şəxsi məlumatları toplayır, emal edir və saxlayır.

  2. 5.2.

    Şirkət Mobil Tətbiqdən aşağıdakı məqsədlər üçün istifadə edərkən İstifadəçinin şəxsi məlumatlarını toplayır və emal edir:

  3. 5.2.1.

    İstifadəçi identifikasiyası, o cümlədən Tətbiqdə qeydiyyatdan keçərkən və İstifadəçi hesabı yaradarkən;

  4. 5.2.2.

    İstifadəçiyə Tətbiqin fərdiləşdirilmiş resurslarına çıxışı təmin edərkən;

  5. 5.2.3.

    İstifadəçiyə Şirkət tərəfindən xidmətlər göstərilərkən;

  6. 5.2.4.

    İstifadəçi ilə əks əlaqənin yaradılması, o cümlədən bildirişlərin göndərilməsi, Şirkətin Tətbiq və xidmətlərindən istifadə ilə bağlı sorğular, Tətbiqin funksionallığında dəyişikliklər, Tətbiqdə mövcud yeniləmələrin görünüşü, Şirkətin təklif etdiyi aksiya və ya xidmətlərdə dəyişikliklər zamanı;

  7. 5.2.5.

    Təhlükəsizlik məqsədilə İstifadəçinin yerinin müəyyən edilməsi, saxtakarlığın qarşısının alınarkən;.

  8. 5.2.6.

    İstifadəçi tərəfindən təqdim olunan şəxsi məlumatların düzgünlüyünün və tamlığının təsdiqi zamanı;.

  9. 5.2.7.

    Tətbiqdən və ya Şirkətin xidmətlərindən istifadə zamanı problemlər yarandıqda İstifadəçiyə müştəri və texniki dəstəyin göstərilməsi və digər lazımi hallarda.

6.Şəxsi məlumatların mühafizəsi üzrə Şirkətin hüquq və vəzifələri

  1. 6.1.

    Şirkət avtomatlaşdırma vasitələrindən istifadə edərək şəxsi məlumatları emal etmək hüququna malikdir.

  2. 6.2.

    İstifadəçi Azərbaycan Respublikasının qanunvericiliyini və bu Məxfilik Siyasəti və Qaydalarında müəyyən edilmiş öhdəlikləri, habelə onunla bağlanmış digər müqavilələri pozduqda, Şirkət İstifadəçinin Mobil Tətbiqə və ya onun ayrı-ayrı xidmətlərinə çıxışını bloklamaq hüququna malikdir.

  3. 6.3.

    Şirkət İstifadəçilərin şəxsi məlumatlarının məxfiliyini, bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün lazımi təşkilati və texniki tədbirlər görməyə borcludur.

  4. 6.4.

    Şirkət Mobil Tətbiq İstifadəçilərinin fərdi məlumatların emalı sahəsində qanuni hüquqlarına riayət etməyə, habelə fərdi məlumatların emalı ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər tələblərə əməl etməyə borcludur.

  5. 6.5.

    Şirkət Mobil Tətbiqin quraşdırıldığı cihazın, İstifadəçi adından Mobil Tətbiqə daxil olmaq üçün giriş kodları olan SMS mesajlarının və digər məlumatların üçüncü şəxslərə ötürülməsinə görə məsuliyyət daşımır.

  6. 6.6.

    İstifadəçi Mobil Tətbiqin xidmətlərinə icazəsiz daxil olunması və/və ya İstifadəçinin məlumatlarının məxfiliyinin hər hansı pozuntusu (pozulma şübhələri) barədə məlumat verərsə, Şirkət İstifadəçinin Mobil Tətbiqə girişini bloklayır.

  7. 6.7.

    Şirkət birtərəfli qaydada mövcud əməliyyatların qaydalarında dəyişiklik etmək hüququna malikdir.

7.Mobil Tətbiq İstifadəçilərinin şəxsi məlumatlarının Mobil Tətbiqdə işlənilməsi zamanı onların hüquq və vəzifələri

  1. 7.1.

    Mobil Tətbiqin İstifadəçisi aşağıdakı hüquqlara malikdir:

  2. 7.1.1.

    Mobil Tətbiqdən Azərbaycan Respublikasının qanunvericiliyinə və Məxfilik Siyasəti və Qaydalara zidd olmayan məqsədlər üçün istifadə etmək;

  3. 7.1.2.

    Şəxsi məlumatlarınızı hər hansı qanuni məqsədlər üçün, o cümlədən Məxfilik Siyasəti və Qaydalarda göstərilən məqsədlər üçün istifadə etmək;

  4. 7.1.3.

    Mobil Tətbiqin cihazınızın funksionallığına, girişinə icazə vermək və ya rədd etmək;

  5. 7.1.4.

    Şirkətin Məxfilik Siyasəti, Qaydaları və digər sənədləri ilə razılaşmadıqda Mobil Tətbiqdən istifadəni dayandırmaq;

  6. 7.1.5.

    Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, müvafiq yazılı sənəd vasitəsilə məlumatların toplanmasına və emalına razılığın geri götürülməsi.

  7. 7.2.

    Mobil Tətbiqin İstifadəçisinin öhdəlikləri:

  8. 7.2.1.

    Mobil Tətbiqdən və Şirkətin xidmətlərindən istifadə etmək üçün lazım olan həddə özü haqqında etibarlı məlumat vermək;

  9. 7.2.2.

    Bu Məxfilik Siyasəti və Qaydaların şərtlərini oxumaq və onlara əməl etmək;

  10. 7.2.3.

    İstifadəçinin Şirkətlə razılığı əsasında dəyişdirildikdə, Mobil Tətbiqdə emal edilmiş şəxsi məlumatları yeniləmək;

  11. 7.2.4.

    İstifadəçinin şəxsi məlumatlarının emalı prosesində belə öhdəliklər yarandıqda fərdi məlumatlar sahəsində digər öhdəlikləri yerinə yetirmək;

  12. 7.2.5.

    Mobil telefon SIM-kartının və mobil cihazının itməsi, oğurlanması və digər vasitələrlə onun sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsinin qarşısının alınması üçün bütün mümkün tədbirləri görmək;

  13. 7.2.6.

    Cihazının təhlükəsizliyini təmin etmək üçün müvafiq tədbirlər görmək. Üçüncü şəxslərin onun cihazına daxil olması halında İstifadəçi şəxsən məsuliyyət daşıyır;

  14. 7.2.7.

    Mobil Tətbiqin xidmətlərinə icazəsiz (İstifadəçi tərəfindən icazə verilməmiş) daxilolma və ya İstifadəçinin məlumatlarının məxfiliyinin hər hansı pozulması (şübhəli pozuntu) hallarında dərhal Şirkətə ona məxsus hər hansı bir əlaqə növü vasitəsilə məlumat vermək;

  15. 7.2.8.

    İstifadəçi Mobil Tətbiqdə qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

  16. 7.2.9.

    İstifadəçi bildirir ki, o, Şirkətə proqram təminatı vasitəsilə, öz mobil telefon kitabçasındakı şəxslərin əlaqə nömrələrinə daxil olmaq və əlaqə saxlamaq hüququnu verir. Əgər İstifadəçi bağlanmış müqavilə(lər)in tələblərini pozarsa və dərhal müraciət etmək zərurəti yaranarsa, İstifadəçi Şirkətə telefon kitabçasında qeyd olunan şəxslərin əlaqə nömrələri ilə əlaqə saxlamağa icazə verir. Bu bənddə göstərilən şəxslərin məlumatları Şirkətə ötürülməzdən əvvəl onların şəxsi məlumatlarının emalına razılıq almaq öhdəliyi İstifadəçinin üzərinə düşür. İstifadəçi "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərini pozmaqla Şirkətə verilmiş üçüncü şəxslər haqqında fərdi məlumatların qanunsuz toplanması, saxlanması, istifadəsi, yayılmasına görə özü məsuliyyət daşıyır.

  17. 7.2.10.

    İstifadəçi şüurlu və azad şəkildə, öz iradəsi ilə və öz marağı üçün "Ferrum Kapital" QSC-nin Mobil tətbiqinin Məxfilik Siyasəti və Qaydalarına qoşulur və aşağıdakılara razılıq verir:

    • Şirkət tərəfindən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq sərbəst, müstəqil surətdə və öz maraqları naminə internet saytı, SMS məlumatları vasitəsilə, şifahi və ya yazılı şəkildə istənilən rabitə vasitələrindən istifadə edilməklə, İstifadəçinin şəxsi məlumatlarının, o cümlədən: soyadı, adı, atasının adı (tam adı), vətəndaşlığı, cinsi, doğum tarixi və yeri, şəxsiyyət vəsiqəsinin rekvizitləri, VÖEN, aylıq gəlir, qeydiyyat ünvanı, İstifadəçinin istifadə etdiyi mobil cihaz haqqında məlumatın, iş, ev və mobil telefon nömrələri və əlaqə saxlanıla biləcək şəxslərin telefon nömrələri, İstifadəçinin elektron ünvanı, xarici dövlət rəsmiləri ilə qarşılıqlı əlaqə, IP ünvanı, Brauzerlər və cihazlar haqqında məlumatların, tətbiqdən istifadə məlumatlarının, Cookie-fayllar, piksel teqləri və digər texnologiyalar vasitəsilə toplanan məlumatın, İstifadəçinin bank kartı/hesab məlumatlarının, İstifadəçinin şəxsiyyətini təsdiq edən sənədin onlayn şəkli məlumatlarının və digər lazımi məlumatların toplanmasına və emal edilməsinə;
    • İstifadəçi barədə məlumatların səlahiyyətli orqanlara təqdim edilməsinə;
    • "ASAN FİNANS" sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi, iş yeri, adına təyin olunan əmək pensiyası və sosial müavinətlər üzrə müəyyən olunan fərdi məlumatların təqdim edilməsinə;
    • İstifadəçinin şəxsi məlumatlarının toplanması, sistemləşdirilməsi, saxlanması, aydınlaşdırılması (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadəsi, ötürülməsi, paylanması və s. məqsədlərlə Şirkət tərəfindən üçüncü şəxslərə, habelə müqavilə (o cümlədən agentlik, faktorinq və Şirkətin bağladığı digər müqavilələr) əsasında fəaliyyət göstərən hüquqi şəxslərə təqdim edilməsinə;
    • İstifadəçinin şəxsi məlumatlarının (şəxsiyyət vəsiqəsi məlumatları, əlaqə məlumatları, maliyyə hesabatları və kredit tarixçələri, müqavilə şərtləri və əməliyyat detalları, hər hansı digər fədi məlumatlar və ya sənədlər) həmin məlumatlar əsasında müştərilər üzrə kredit limiti müəyyən edilməsi və uyğun kredit təkliflərinin hazırlanması və s. bu kimi məqsədlərin həyata keçirilməsi üçün hər hansı üçüncü fiziki və ya hüquqi şəxs(lər)ə verilməsinə;
    • İstifadəçinin ödəmə qabiliyyətini müəyyən etmək və digər əlavə məlumalar əldə etmək məqsədilə Şirkət tərəfindən hər hansı üçüncü şəxslərə, o cümlədən Azərbaycan Respublikasının dövlət qurumlarına və belə məlumatlara malik olan digər orqanlara sorğular göndərilməsinə.
  18. 7.2.11.

    İstifadəçi tərəfindən yazılı ərizə göndərilməklə şəxsi məlumatlarının istifadəsinə verilmiş razılığın ləğv edilməsi mümkündür. Eyni zamanda, İstifadəçi razılaşır ki, şəxsi məlumatların toplanması və emalına razılığın ləğvi barədə ərizə aldıqdan sonra Şirkət aşağıdakı hallarda məlumatların işlənməsini davam etdirmək hüququna malikdir:

    • Müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklər tam şəkildə yerinə yetirilənədək;
    • Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Şirkətin daxili sənədləşmə qaydalarına uyğun olaraq məlumatların emalının davam etdirilməsi zərurəti yarandıqda.
  19. 7.2.12.

    İstifadəçi haqqında məlumatlar Şirkət tərəfindən 5 (beş) il müddətinə saxlanılır.

  20. 7.3.

    İstifadəçinin hüququ yoxdur:

  21. 7.3.1.

    Şəxsi Hesaba girişi üçüncü şəxslərə ötürmək;

  22. 7.3.2.

    Tətbiqlə istənilən icazəsiz hərəkətləri, o cümlədən Tətbiqin və ya onun ayrı-ayrı xidmətlərinin müxtəlif İnternet resursları və portalları vasitəsilə yayılması, Tətbiqin funksionallığının sındırılması, Tətbiqin hissələrinin və ya digər Mobil Tətbiqlərdə xidmətlərin istifadəsi;

  23. 7.3.3.

    Digər qanunsuz hərəkətlər etmək.

8.İstifadəçinin şəxsi məlumatlarına giriş və düzəliş

  1. 8.1.

    İstifadəçi tərəfindən Mobil Tətbiqin qeydiyyatı və istifadəsi zamanı toplanan bütün məlumatlar, o cümlədən İstifadəçinin şəxsi məlumatları, mesajları, rəyləri, şərhləri, ötürülən multimedia faylları beynəlxalq standartların və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq Şirkətin məlumat bazasında saxlanılır.

9.Məlumat təhlükəsizliyi

  1. 9.1.

    Şirkət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq şəxsi və digər məlumatların lazımi mühafizəsini həyata keçirir və Şirkətin İnformasiya Təhlükəsizliyi Siyasətinə uyğun olaraq Fərdi məlumatların mühafizəsi üçün zəruri və kifayət qədər təşkilati və texniki tədbirlər görür. Tətbiq olunan təhlükəsizlik tədbirləri və digər tədbirlərlə yanaşı, Fərdi Məlumatların icazəsiz və ya təsadüfi daxil olmasından, məhv edilməsindən, dəyişdirilməsindən, bloklanmasından, surətinin çıxarılmasından, yayılmasından, habelə onlarla üçüncü şəxslərin digər qanunsuz hərəkətlərindən qorunmağa imkan verir.

  2. 9.2.

    Tətbiq İstifadəçiləri tərəfindən təmin edilən məlumat təhlükəsizlik divarlarının arxasında təhlükəsiz serverlərdə saxlanılır.

  3. 9.3.

    İstifadəçi tərəfindən təqdim edilən bütün məlumatlar asimmetrik şifrələmədən istifadə edərək şifrələnmiş HTTPS kanalı üzərindən ötürülür.

  4. 9.4.

    Şəxsi məlumatların istənilən şəxsə ötürülməsi İstifadəçi tərəfindən onun məsuliyyəti altında könüllü olaraq həyata keçirilir.

  5. 9.5.

    Şirkət İstifadəçilərin hər hansı məxfilik parametrlərini pozmağa və müstəqil şəkildə dəyişdirməyə və/və ya təhlükəsizlik tədbirlərini pozmağa yönəlmiş hərəkətlərinə görə məsuliyyət daşımır.

10.Məxfilik Siyasəti və Qaydalara dəyişikliklər

  1. 10.1.

    Şirkət bu Məxfilik Siyasəti və Qaydalara Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan dəyişikliklər etmək hüququnu özündə saxlayır.

  2. 10.2.

    Məxfilik Siyasətinə və Qaydalara dəyişikliklər edilərsə, Mobil Tətbiqin İstifadəçisinin şəxsi kabinetinə bildiriş göndəriləcək.

  3. 10.3.

    Məxfilik Siyasəti və Qaydalara dəyişikliklər edildikdən sonra İstifadəçinin buna etiraz edərək Tətbiqin istifadəsini dayandıraraq onu ləğv etməməsi və ya Tətbiqdən sonrakı istifadəsi bu dəyişikliklərin İstifadəçi tərəfindən qeyd-şərtsiz qəbul edilməsi hesab olunur.

  4. 10.4.

    Şəxsi və digər məlumatların toplanması, emalı və istifadəsi şərtlərindəki dəyişikliklərlə razılaşmadıqda, İstifadəçi birtərəfli qaydada Tətbiqdən istifadəni dayandırmaq və Tətbiqi cihazdan silmək hüququna malikdir.

11.Sənədlərin hüquqi qüvvəsi

  1. 11.1.

    Bu Məxfilik Siyasəti və Qaydalar Şirkət tərəfindən seçilmiş eyniləşdirmə vasitələri ilə eyniləşdirildikdən sonra müvafiq qaydada qeydiyyatdan keçməklə İstifadəçi tərəfindən təsdiq edilir.

  2. 11.2.

    Mobil Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı elektron və ya digər texniki vasitələrin köməkliyi ilə təsdiqlənmiş (imzalanmış) sənədlər, müqavilələr, onların əlavələri və s. kağız daşıyıcıda olan İstifadəçinin və Şirkətin şəxsi imzası ilə təsdiqlənmiş müvafiq sənədlərlə eyni hüquqi qüvvəyə malikdir.

  3. 11.3.

    İstifadəçi qəbul edir ki, təsdiq etdiyi Məxfilik Siyasəti və Qaydalar, o cümlədən Şirkət tərəfindən birtərəfli qaydada dəyişdirilmiş Məxfilik Siyasəti və Qaydalar, Mobil Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı elektron və ya texniki vasitələrin köməkliyi ilə təsdiqlənmiş sənədlər mübahisələrin həlli zamanı sübutdur.

12.Məsuliyyət

  1. 12.1.

    İstifadəçi Mobil Tətbiqdə qeydiyyat zamanı daxil etdiyi məlumatların tam və düzgün olduğunu, bütün məlumatların onun özünə məxsus olduğunu təsdiq edir. Hər hansı məlumatın səhv daxil edilməsinə və ya ona məxsus olmayan məlumatın daxil edilməsinə, bununla bağlı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

  2. 12.2.

    Mobil telefon SIM-kartının və/və ya mobil cihazının itirilməsi, o cümlədən oğurlanması və digər vasitələrlə İstifadəçinin sahibliyindən çıxması, üçüncü şəxslər tərəfindən qanunsuz istifadə edilməsi nəticəsində ona dəymiş zərərə görə Şirkət məsuliyyət daşımır.

  3. 12.3.

    Mobil Tətbiq vasitəsilə əməliyyatların aparılması zamanı İstifadəçi tərəfindən məlumatların səhv daxil edilməsi nəticəsində ona dəymiş zərərə görə Şirkət məsuliyyət daşımır. Buna görə də, aparılacaq bütün əməliyyatların icrasından əvvəl İstifadəçi şərtlər ilə tanış olmalı və yalnız bütün şərtlər ona aydın olduqdan sonra əməliyyatı təsdiq etməlidir.

  4. 12.4.

    Mobil Tətbiq vasitəsilə əməliyyatların aparılması və sənədlərin imzalanması zamanı yarana biləcək bütün risklərə görə məsuliyyət İstifadəçinin üzərinə düşür.

  5. 12.5.

    Əgər cihaza avadanlıq istehsalçısının razılığı olmadan proqram təminatı quraşdırılması üçün müdaxilə edilibsə, Şirkət təhlükəsizliyə zəmanət vermir.

  6. 12.6.

    İstifadəçi, öz adından Mobil Tətbiqə daxil olmaq üçün nəzərdə tutulmuş məlumatların təhlükəsizliyinə görə onların saxlanma üsulunu müstəqil seçməklə tam məsuliyyət daşıyır.

13.Digər şərtlər

  1. 13.1.

    Bu Məxfilik Siyasəti və Qaydalar yalnız Ferrum Mobil Tətbiqinə şamil edilir. Şirkət İstifadəçinin Ferrum tətbiqi ilə əlaqəli olan və mövcud olan keçidləri müstəqil şəkildə izləyə biləcəyi digər mobil proqramlar və üçüncü şəxslərin veb-saytlarına nəzarət etmir və məsuliyyət daşımır.

  2. 13.2.

    İstifadəçi təqdim olunan məlumatlara görə yalnız və tam məsuliyyət daşıyır.

  3. 13.3.

    İstifadəçi Mobil Tətbiqdə qeydiyyatdan keçməklə və istifadə etməklə, Tətbiqin funksionallığından irqi ayrı-seçkiliyin, etnik nifrətin qızışdırılması, zorakılığın təbliği, böhtan, qanuna zidd məlumatların yayılması məqsədilə istifadə etmək niyyətində olmadığına və istifadə etməyəcəyinə zəmanət verir. İstifadəçi nizam-intizam qaydalarının pozulmasına, habelə qanunsuz xarakterli məlumat və materialların verilməsi, yayılması və s. bu kimi hallara görə tam məsuliyyət daşıyır.

  4. 13.4.

    Bu Məxfilik Siyasəti və Qaydaların həyata keçirilməsi ilə bağlı hər hansı mübahisə və ya fikir ayrılığı yaranarsa, İstifadəçi və Şirkət onları öz aralarında danışıqlar yolu ilə həll edirlər. Danışıqlar yolu ilə həll edilmədikdə, mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının məhkəmələrində həll edilməlidir. Məhkəməyə müraciət edərkən aidiyyət üzrə Şirkət İstifadəçinin qeydiyyatda olduğu rayon məhkəməsinə və ya Bakı şəhəri üzrə aşağıda qeyd olunan rayon məhkəmələrindən istənilən birinə müraciət edə bilər: Xətai Rayon Məhkəməsi, Nərimanov Rayon Məhkəməsi, Nizami Rayon Məhkəməsi, Yasamal Rayon Məhkəməsi, Xəzər Rayon Məhkəməsi, Səbail Rayon Məhkəməsi. Bu hüquq (qeyd edilən iki haldan birinin seçilməsi) Şirkətin müstəsna səlahiyyətindədir.

  5. 13.5.

    Bu Məxfilik Siyasəti və Qaydaların İstifadəçi tərəfindən hazırki qaydada qəbulu (imzalanması) İstifadəçinin şəxsi imzası ilə təsdiq edilmiş kağız sənədlər ilə bərabər hüquqi qüvvəyə malikdir.

  6. 13.6.

    Mobil Tətbiq vasitəsi ilə İstifadəçi tərəfindən aparılan əməliyyatlar üçün Şirkətə göndərilən elektron sifariş və tapşırıqlar, Şirkət tərəfindən İstifadəçi hesablarında əməliyyatların aparılması üçün əsasdır.

  7. 13.7.

    İstifadəçi razılaşır ki, Mobil Tətbiqdə alğı-satqı, xidmət, turizm, zaminlik və digər müvafiq müqavilələri habelə onların ayrılmaz tərkib hissəsi olan sənədləri onun iradə ifadəsini dürüst müəyyənləşdirməyə imkan verən üsullardan istifadə olunmaqla (OTP kodla, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə və s.) elektron qaydada imzalayacaq. Bu səbəbdən, İstifadəçi sənədlərin elektron qaydada imzalanması prosesinin (qaydaların 4-cü maddəsində qeyd edilən müqavilələrin və s. sənədlərin imzalamasını təsdiq qedən OTP kodun və ya digər texniki şərtlərin Şirkət tərəfindən İstifadəçiyə göndərilməsi və bununla məhdudlaşmayaraq digər bütün əməliyyatlar) Şirkət tərəfindən təşkil edilməsinə heç bir etiraz etmir, Şirkətin buna səlahiyyətli olduğunu, bu qaydada formalaşdırılan imzanın onun kağız daşıyıcıda olan şəxsi imzası ilə eyni hüquqi qüvvəyə malik olduğunu qəbul edir.

  8. 13.8.

    Bu Mobil Tətbiqdən istifadənin keyfiyyəti və ya məqsədəuyğunluğu heç bir təsdiq, bəyanat, zəmanət və ya razılaşma olmadan təmin edilir. Şirkət Tətbiqə girişin maneəsiz olacağına, hər hansı yubanma, problem olmayacağına zəmanət vermir.

  9. 13.9.

    Şirkət heç bir virus və ya digər təhlükəli, məhvedici xüsusiyyətlərin ötürülməyəcəyi və ya Tətbiqdən istifadə edən zaman İstifadəçinin mobil və ya digər elektron qurğusuna ziyan dəyməyəcəyinə zəmanət vermir. İstifadəçi müvafiq mühafizə, habelə məlumatların ehtiyatda saxlanması, avadanlıq və kompüter virusları və ya digər məhvedici xüsusiyyətlərin yoxlanılması üzrə müvafiq tədbirlər görülməsi üçün məsuliyyət daşıyır.