Əsas məzmuna keç
Şəffaf kalkulyator və sikkələr
25.03.2026

İnvoys maliyyələşməsi: tez-tez verilən suallar və cavablar

Faktorinqə başlamaq üçün adətən nə lazımdır? Təsis sənədləri, son dövr üzrə dövriyyə çıxarışları və maliyyələşdiriləcək fakturalar kifayətdir. Müraciət onlayn və ya ofisimizdə qəbul edilir.

Qərar nə qədər vaxta verilir? Sənədlər tam olduqda ilkin qərar 1–3 iş günü ərzində təqdim edilir. Təkrar maliyyələşmələr daha da sürətli olur.

Xidmətin dəyəri nədən asılıdır? Komissiya faktura məbləğinin faizi kimi hesablanır və ödəniş möhlətindən, alıcının risk profilindən asılıdır. Bütün xərclər müqavilədə əvvəlcədən açıq göstərilir.

Müştərilərim bu barədə biləcəkmi? Bəli, ödəniş təlimatı dəyişdiyi üçün alıcı məlumatlandırılır. Təcrübə göstərir ki, alıcılar üçün bu, adi kommersiya proseduru kimi qarşılanır.

Hansı sahələr uyğundur? Topdan ticarət, istehsalat, tikinti təchizatı, logistika və xidmət sahələri faktorinqdən ən çox yararlanan seqmentlərdir.

Kopyalandı